Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.

Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub