ABŞ prezidenti Donald Tramp üç aylıq əməkhaqqı məbləğini yeni növ koronavirusa (COVİD-19) qarşı dərmanın hazırlanmasına ianə edib.

Unikal.org xarici mətbuata  istinadən verdiyi məlumata görə, D.Trampın sözlərinə görə, o, vaksinin hazırlanmasına 100 min dollar ayırıb.

ABŞ prezidenti bildirib ki, ianə edilən vəsait koronavirusun müalicəsi və qarşısının alınması üçün yeni dərmanların hazırlanması istiqamətində davam edən səyləri dəstəkləmək üçün Səhiyyə Nazirliyinə və sosial xidmətlərə göndərilib.

Qeyd edək ki, daha əvvəl D.Tramp 2019-cu ilin 4-cü rübü üzrə əməkhaqqı məbləğini də koronavirusla mübarizəyə bağışlamışdı.