Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5,2 milyon nəfəri ötüb.

Unikal.org xarici KİV-ə  istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Con Hopkin Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada 5 211 172 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 338 183 nəfəri vəfat edib, 2,05 milyon nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (1,6 milyon), Braziliyada (330,8 min), Rusiyada (326,4 min), Böyük Britaniyada (255,5 min) və İspaniyada (234,8 min) qeydə alınıb.