Gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 67 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Koronavirusa Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

"Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirusla bağlı analizlərin müsbət nəticə verdiyi 67 pasiyent öldü", - deyə qərargahdan bildirilib. 

Məlumata görə, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 1 934 nəfərə çatıb.