Türkiyəli iş adamı Şehmus Özdener Çin lideri Si Cinpinə hədiyyə göndərdiyi sabunlardan sonra bu ölkədən sifarişlər almağa başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirusla mübarizəyə dəstək üçün Çin rəhbərinə sabun göndərən şirkət müdirinə bu ölkənin Ankaradakı səfiri təşəkkür edib.

İş adamı qısa müddət ərzində Çin şirkətindən sifariş qəbul edib. Razılaşmaya əsasən, hər həftə Mardindən Çinə bir konteyner sabun göndəriləcək.

27 fərqli ölkəyə sabun ixrac etdiklərini vurğulayan Özdener koronavirus pandemiyasından sonra satışların 5 qat artdığını deyib.