Türkiyədə son gün ərzində daha 27 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 276 nəfərə çatıb. 

Eyni zamanda 952 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, Türkiyədə "Covid-19"-a yoluxanların ümumi sayı 154 500 nəfərə çatıb. 

Qeyd olunub ki, son gün ərzində daha 1 121 nəfər sağalaraq evə buraxılıb.