"Fevral ayından etibarən Azərbaycanda 24 milyon tibbi maska satışa çıxarılıb. Onlardan 18 milyona qədəri satılıb.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hal-hazırda ölkədə 6 milyon ədəd ehtiyat maska mövcuddur.