Banu Özdemir adlı şəxs  sosial şəbəkədə məscidə kiberhücumu dəstəklədiyinə görə həbs edilib.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, həbs edilən şəxsə qarşı “Dini dəyərləri təhqir etmə” maddəsi ilə cinayət işi açılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni belə şərh edib: “İzmirdə məscidlərin səsucaldıcısına sızan alçaqlar əxlaqsızca yayımlar edərkən həmin şəhərdəki CHP-li rəhbərlər bundan zövq alıblar”.

Xatırladaq ki, Türkiyənin İzmir şəhərində məscidin sisteminə edilən kiberhücum nəticəsində səsucaldıcılarda azan yerinə qısamüddətli məşhur “Bella Ciao” mahnısı səslənib.

Qeyd edək ki, “Bella Ciao” İkinci Dünya müharibəsində İtalyan Müqavimət Hərəkatının mahnısı olub. Son zamanlar bu mahnı xüsusilə “La Casa de Papel” serialından sonra böyük maraq oyadıb.