İranda ötәn sutka әrzindә 51 nәfәr koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 300 nәfәrә çatıb.

Cahanpur әlavә edib ki, ötәn sutka әrzindә daha 2 311 nәfәrin koronavirusa yoluxması ilә İranda bu virusa yoluxanların sayı 131 652 nәfәrә yüksәlib. Onlardan 2 659 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 102 276 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 763 mindәn çox diaqnoz testi hәyata keçirilib. Cahanpur bildirib ki, ötәn sutka әrzindә 12 vilayәtdә ölüm halı qeydә alınmayıb vә 6 vilayәtin hәr birindә 1 nәfәr ölüb.