Yaponiyanın “Nissan Motor” şirkəti 20 mindən çox əməkdaşını ixtisar edə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu, koronavirus pandemiyası ilə əlaqədar şirkətin mənfəətinin kəskin azalması ilə bağlıdır.

Mütəxəssislər hesab edir ki, ilk növbədə ixtisar “Nissan”ın Avropa regionunda və inkişaf etmiş dövlətlərdəki müəssisələrinə toxuna bilər.

Bundan başqa, konsern Yaponiya ərazisində öz istehsalını restrukturizasiya etməyi planlaşdırır.

Pandemiyanın səbəb olduğu böhranla əlaqədar “Nissan” 2022-ci ilədək istehsal gücünü 20 faiz azaltmağı nəzərdə tutur. Bu çərçivədə şirkət Barselonadakı zavodu bağlamağı planlaşdırır.