Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, o, nazirliyin şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. 

Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

Ə.Qarayev birlikdə işlədikləri dövrdəki fəaliyyətlərinə görə əməkdaşlara minnətdarlığını çatdırıb, onlara gələcək işlərində uğurlar arzulayıb. 

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrasını isə nazir müavininə tapşırılıb. Nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.