Almaniyada koronavirusda ölənlərin sayı son 24 saatda 27 nəfər artaraq 8 min 174-ə çatıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən nəşr olunan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 460-dan çox insanda koronavirus aşkarlanıb.

Almaniyada yoluxanaların sayı 177 min 2120-yə, ölənlərin sayı isə son sutkada  27 nəfər  artaraq 8 min 174-ə yüksəlib. 

Qeyed edək ki, dünyada koronavirus yoluxanalrın sayı 5 milyon 194 min 210-a çatıb.