Qərbi Afrikanın Nigeriya ölkəsində  Xaç çayı əyalətində iki etnik qrup arasında baş verən qarşıdurmada 15 nəfər ölüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  əyalətin Tigno bölgəsində Afono və İbini etnik qrupları arasında baş verən şiddət nəticəsində 15 nəfər həyatını itirib. 

Həmçinin də, qarşıdurmada çox sayda insan yaralanarkən, yüzlərlə ev dolanıb.

Digər tərəfdən,  Çayı Təhlükəsizlik Müdiri Uche Anozia hadisəni təsdiqləyib,  ancaq ölənlərin sayı haqqında məlumat verməyib. 

Anoziya bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisələrin nəzarət altında olduğunu qeyd edib. 

Qeyde dək ki, qruplar arasındakı torpaq mübahisəsinə görə Cross River əyalətində ara sıra şiddətli hadisələr olur. Ötən il bölgədə baş verən qarşıdurmalarda çox sayda insan həyatını itirib.