Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşları həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun mətbuat xidmətlərinin Dövlət Sərhəd Xidmətində həyata keçirilən əməliyyatla bağlı yaydığı biurgə məlumatında qeyd edilib.

Bildirilib ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.