Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (xilasetmə məntəqəsinin ərazisində), 1 nəfərin sörf edərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən Rusiya Federasiyasının vətəndaşı sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.