Şirvanda narkotacir tutulub.

Unikal.org-un məlumatına görə, Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş,  Şirvan sakini 1985-ci il təvəllüdlü Mirzəyev İbrahim İltifat oğlu saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan 29 qram narkotik vasitə olan heroin, bir neçə bükümdə ümumi çəkisi 32,24 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitənin izi olan bir ədəd elektron tərəzi  aşkar edilərək götürülüb.  

Şirvan şəhər məhkəməsinin qərarı ilə İ.Mirzəyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.