Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

Unikal.org xəbər verir ki, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və “BMW”yə çırpılıb. Qəza zamanı nazir də 90-AA-900 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olub. O, dərhal mühafizəçilərin olduğu 90-UP-900 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hadisə yerini tərk edib. Görüntüdən aydın olur ki, hər iki avtomobilə ciddi ziyan dəyib.