“Alatoranlıq” filminin məşhur aktyoru Gregory Tyree Boyce sevgilisi ilə birlikdə evində ölü  tapılıb.

Unikal.org xəbər verir ki,  2008-ci ildə izləyiciləri ilə görüşən dünyaca məşhur “Alatoranlıq əfsanəsi” adlı filmindəki “Tyler Crowley” rolunu canlandıran 30 yaşlı aktyor Gregory Tyree Boyce və 27 yaşlı sevgilisi Natali Adepoju, Las Veqasdakı evində ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə polis qrupları sövq edilib. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, filmdəki obrazı ilə şöhrət qazanan aktyor bir müddət əvvəl Las Veqasda bir restoran açdığı və aktyorluq karyerasını Los Angelesdə davam etdirməyi planladığı öyrənilib.