Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Atyalı qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Abdullayev Musa Rasim oğlu adı hələ məlum olmayan xanım tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.