Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Fərəcov Taleh Ağabala oğlu mühafizəçi kimi çalışdığı obyektin qarşısında naməlum şəraitdə qarnının ön divarından bıçaq xəsarətləri alıb.Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.