İngiltərənin "HSBC" bankı böyük itki ilə üzləşib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qızıl bazarındaki qiymət dəyişkənliyi olub. Belə ki, bank bir gün içərisində 200 milyon dollar (340 milyon manat) pul itirib. Qızıl qiymətlərinin tez-tez dəyişməsinə isə dünyada yayılan koronavirus pandemiyası səbəb olub.

Beləliklə, "HSBC" əməkdaşları bir ildə qazandıqları vəsaiti bir gün içərisində itirdiklərini bildiriblər.