Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.