Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 134 test edilib.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 11-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Qeyd olunub ki, indiyədək ölkədə 197 545 test edilib. İndiyə kimi ölkədə 2 589 nəfərdə koronavirus aşkarlanıb, həmin xəstələrdən 32 nəfəri dünyasını dəyişib, 1 680 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 70 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 30 xəstə sağalıb.