"2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb".

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.