97 saylı Goranboy –Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı  Ağalar Vəliyev və  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev   rayonun Tatarlı kəndində  Azərbaycanın Milli Qəhrəmanı Sərxan Ocaqverdiyevin mayın 6-da keçirilən anım mərasimində iştirak ediblər.

Unikal.org xəbər verir ki, Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyevanın ,onun ailə üzvlərinin və rayon ictimaiyyəti  nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub .Anım mərasimində Sərxan Ocaqverdiyevin  1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalması qeyd olunub.

Mərasimdə millət vəkili və icra başçısı Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolunun dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsini ,Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli  qayğını  və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində görülən işləri xüsusi olaraq  vurğulayıblar.

Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyeva oğlunun və bütün şəhidlərimizin xatirəsinə ehtiramla yanaşılmasına və  şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib .