İngiltərədən yeni növ koronavirus (Covid-19) infeksiyası ilə bağlı yeni açıqlama edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusun yeni genetik analizinin ortaya çıxdığı məlum olub. Bildirilib ki, virus xüsusi ilə ötən ilin sonlarında sürətlə yayılıb. Maraqlısı ondadır ki, koronavirusun insana asanlıqla yoluxmasına dair heç bir sübut yoxdur.

Yəni virus sürətlə yayılır, amma bunun səbəbi məlum deyil. Qeyd edək ki, London Genetika İnstitutunun bu araşdırmasında koronavirusa yoluxan 7 600 nəfərdən götürülən nümunələrdən istifadə olunub.