Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında tutulub.

Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb.

Davam edən tədbirlərlə F.Aydınlının yaşadığı evə keçirilən baxış zamanı onun atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə narkotik vasitə heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.