Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş prokurorla bağlı məsələ müzakirə olunacaq.

Unikal.org  xəbər verir ki, Prezident İlham Əliyev “Baş Prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib.

Qeyd edək ki, bu posta Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Hüseyn İsgəndərov