ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxmasından yazdı.

Unikal.org xəbər verir ki, V.Aydınoğlu şəxsi facebook səhifəsində yazıb:

"Əziz dostlarım 18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım.

Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi.

Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub.

Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam.

İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".