“Xarici İşlər nazirinin ehtiyatlı fikirlərini tənqid edənlərdən biri mənəm. İllərdir ki, biz bu məsələni Milli Məclisdə müzakirə etmişik”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, Azərbaycanın Xarici İşlər naziri ilə Ermənistanın xarici işlər nazirini müqayisə etmək mümkün deyil: “Bizim Xarici İşlər naziri fikirlərini yumşaq ifadə edir, halbuki o, fikirlərini sərt şəkildə ifadə etməlidir. O daha radikal çıxışları ilə Ermənistan xarici işlər nazirini yerində oturtmalıdır. Dağlıq Qarabağ problemi hər birimizin bir nömrəli problemidir”.