Bütün dünyanı əhatə edən koronavirus epidemiyası ilk dəfə İtaliyada görünməyə başlayanda, dünyaca məşhur futbolçu Ronaldo,  İtaliyanı tərk edərək, ailəsi ilə birlikdə Portuqaliyada Madeira adasında məskunlaşıb. 

Unikal.org xəbər verir ki, ailəsi ilə birlikdə Madeira adasında karantində olan Ronaldo pis xəbərlə üzləşib.

Belə ki, ilk koronavirus yoluxması ulduz futbolçunun karantində olduğu Madeira adasında aşkarlanıb. Cümə günündən bəri   54 yeni yoluxmanın  meydana gəldiyi bölgə Portuqaliya hökuməti tərəfindən dərhal təcrid edilib.

Qeyd edək ki, Ronaldo  4 min avro ödəyərək ailəsi ilə möhtəşəm bir villa icarəyə götürüb. Portuqaliyalı ulduz oyunçunun mayın 4-də başlaması və 14 günlük karantində qalması planlaşdırılan məşqlər üçün Turinə dönəcəyi bildirilib.