Rabitəbank daha bir möhtəşəm təklifi ilə öz müştərilərini sevindirir. Artıq, bütün Kartmane sahibləri marketlərdə alış-veriş zamanı tam 5% cashback qazanacaqlar. Bunun üçün banka gəlməyə və ya əlavə kart sifariş etməyə də ehtiyac yoxdur. Sadəcə marketlərdə kartmane kartınızla ödənişlər edin və 5% cashback qazanın. 

Unikal.org xəbər verir ki, Rabitəbank müştəriləri, Rabitəbank mobil tətbiqi vasitəsi ilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. Rabitəbankda 1 bonus – 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına anında köçürə bilirlər. 

Özündə çoxlu sayda üstünlükləri toplayan unikal Kartmane kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-ə dək, kafe və restoranlardan 5% cashback, bütün ödənişlərə 2% cashback, bütün market ödənişlərinə 5%-dək cashback imkanından birini seçən Kartmane sahib, Rabitəbank mobil tətqibi vasitəsiylə istədiyi vaxt cashback növünü dəyişə bilər.  

Bununla yanaşı müştərilər Rabitəbank-ın durmadan artan partnyor şəbəkəsindən tam 25%-ə qədər əlavə cashback qazana bilərlər. Müştərilər Kartmane kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər. 

Daha ətraflı məlumat və kart sifarişi üçün, https://rabitabank.com/kartmane  linkinə daxil olaraq, tanış ola bilərsiniz.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.