Azərbaycanda koronavirusla bağlı 19 aprel 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu gün 5263 nəfər testdən keçirilib. Ümumilikdə ölkədə edilən testlərin sayı 95 min 747-yə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 15, süni tənəffüs cihazında olan xəstə sayı 4-dür.

Azərbaycanda bu gün 25 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1398, ölənlərin sayı 19, sağalanların sayı 712 olub. Aktiv xəstələrin sayı isə 667 nəfərdir.