Niderlandda yaşayan soydaşımız Kəmalə Ceylinova və onun 13 yaşlı oğlu koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, həmyerlizim "Xəzər xəbər"ə deyib ki, Niderlandda koronavirus testi pozitiv çıxan insanları xəstəxanaya götürmürlər. Onlara sosial təcrid məsləhət görülür və yazılan dərmanları ailə həkimi çatdırır. Qaydaları pozan vətəndaş isə cəzalandırılır.