Hazırda dünyanın əsas gündəm mövzusu koronavirus və onun yaratdığı fəsadlardır. Azərbaycanda da bütün dövlət sturukturları, eləcə də cəmiyyət bu virusa qarşı səfərbər olub. Lakin siyasi qüvvələr bu məsələdə vahid mövqedən çıxış edə bilmirlər. Milli Məclisin deputatı Cacid Osmanov Unikal.org-a müsahibəsində bu barədə danışıb. 

- Cavid müəllim, koronavirus pandemiyası ilə bağlı müxalifətin davranışlarını necə qiymətləndirirsiniz?

- Bütün dünya ölkələrinin, o cümlədən də Azərbaycan xalqının koronavirus pandemiyasına qarşı birləşdiyi bir məqamda müxalifət yenə də öz dəstixəttində qalır. Bu qüvvələr ermənipərəst mövqeyində olduqlarını 5-ci kalonavirusun nümayəndələri olduqlarını ortaya qoyurlar. Sanki koronavirusun Azərbaycana daha çox pis  təsir etməsini, ölkə iqtisadiyyatının çökməsini, insanların daha çox həlak olması üçün amansız mübarizəyə başlayıblar. Koronavirus pandemiyasının Azərbaycana daha çox təsir etməsi müxalifət üçün toy-bayramdır.

Bu pandemiyanın dünya enerji bazarında kəskin dalğalanmaların nəticəsi olaraq, neftin qiymətinin ucuzlaşması ərəfəsində də müxalifət düşərgəsi komputerlərin qarşısında bayram edirlər. Yəni, müxalifət koronavirus pandemiyasına, neftin qiymətinin düşməsinə, insanların ölməsinə sevinir. Bütün dünyanın bu pandemiyaya qarşı mübarizə apardığı bir vaxtda onlar erməni mənbələrindən, eləcə də Azərbaycanı sevməyən digər qüvvələrdən aldıqları pulların qarşılığında anti-milli fəaliyyət göstərirlər. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətinin gördüyü tədbirlərə kölgə salsınlar. Amma biz görürük ki, cənab prezidentin tapşırığı əsasında koronavirus pandemiyasına qarşı çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirilir. Onun da məntiqi nəticəsidir ki, bü gün dünya ölkələrinin statistikasına baxanda görürük ki, bizdə bu virusa yoluxanların və dünyasını dəyişənlərin sayı çox azdır. Zaman keçdikcə onu da müşahidə edirik ki, bəzi dövlətlər cənab Prezidentimizin tapşırığı ilə hayata keçirilən tədbirləri təkrarlayırlar və effektini görürülər. Amma bütün bunların üstünə kölgə salmaq istəyən radikal müxalifət, 5-ci kalonavirus daha təhlükəli virusdur. Ona görə də hesab edirəm ki, Azərbaycan müxalifəti koronavirusdan da pis xəstəlik daşıyıcısına çevrilib. Bu müxalifət 30 ilə yaxındır ki, xalq tərəfindən zibilxanaya atılıb və hazırda məişət tullantıları içərisindədirlər və koronavirusdan qat-qat təhlükəli virusa yoluxublar. Ona görə də onları 5-ci kalonavirus adlandırıram. Bunlar Azərbaycan xalqına, ümumiyyətlə türk millətinə qarşı olan əzəli düşmənlərimiz olan ermənilərdən komanda alırlar. Ermənilərdən maliyyə alaraq, Azərbaycan xalqına qarşı fəaliyyət göstərirlər və çirkin niyyətlərinin həyata keçirməyə çalışırlar. 

-Maraqlı məqam odur ki, Sizin təbinizcə desək, müxalifət neftin qiymətinin düşməsini, koronavirusun daha ciddi zərər vurmasını istəyirlərsə, bəs, xalqın yanında olduqlarını necə əsaslandırırlar? 

- Onlar 90-cl illərin əvvəlində bir il hakimiyyətdə olduqları müddətdə heç vaxt xalqın maraqlarını düşünməyib, öz maraqlarını güddülər. Hətta yadınızdadırsa, 90-cı illərdə elə onların hakiyyət dövründə Azərbaycan torpaqlarının işğalı həyata keçirildi. Bu gün isə atılan addımları qaralamaqdan başqa iş bilmirlər.  Azərbaycan dövləti xaricdə olan vətəndaşların ölkəyə gətirilməsi üçün lazım olan bütün addımları atdı. Onlar ölkəyə gətiriləndə onları ölkənin ən prestijli otellərinə yerləşdirilməsi təmin olundu. Koronavirusa yoluxan vətəndaşlar ən yüksək səviyyəli tibb müəssisələrinə yerləşdiriliblər və çox yüksək səviyyəli müalicə alırlar. Bu günlərdə cənab Prezident və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yeni klinikanın açılışı oldu. Prezident orada bəyan etdi ki, günü sabahdan koronavirusa yoluxan xəstələrin müalicəsi yeni klinikada həyata keçirilsin.  Yəni, Azərbaycan Prezidentinin atdığı addımlar onu göstərir ki, hədəfdə bir məsələ var, Azərbaycan vətəndaşının sağlamlığı və gələcəyi. 

- Məlum olduğu kimi, karantin rejimi ölkə iqtisadiyyatına, insanların sosial durumuna da təsirsiz ötüşmədi. Bu istiqamətdə nəzərdə tutulan işləri necə dəyərləndirirsiniz?

- Görülən işlər və planlaşdırılan tədbirlər Azərbaycan iqtisadiyyatının koronavirus pandemiyasından ən az zərər çəkməsinə hesablanıb. Əvvəlcə bir milyard manat sonra isə daha 2.5 milyard manat ayrıldı. Bildiyiniz kimi, koronavirusa qarşı mübarizə ilə bağlı dəstək fondu yaradıldı. Cənab Prezident ehtiyat fondundan 20 milyon vəsait ayırdı, bir illik əməkhaqqını ianə etdi. Daha sonra birinci vitse-prezident də bir illik əməkhaqqını fonda ianə etdi. Ondan sonra Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək, kimin nəyə gücü çatırsa öz yardımını etdi. Bir manatdan bir milyon manata qədər ianə edənlər də oldu. Bu, Azərbaycan xalqının həmrəyliyidir ki, dövlətlə xalq bir olub virusa qarşı birgə mübarizəyə başladı. Ancaq ermənipərəst qüvvələr tərəfindən müxalifət bütün bunların üstündən xətt çərəkərək insanları çaşdırmaq yolunu tuturlar. Yadınızdadırsa, ölkədə karantin rejiminin tətbiq olunduğu bir vaxtda radikal müxalifət insanları kütləvi tədbirlərə dəvət edirdilər. Bu çağırışla çalışırdılar ki, insanlar koronavirusa kütləvi şəkildə yoluxsunlar. 

-  Sosial durumu ağır olan vətəndaşlara kompensasiyanın  verilməsi ilə bağlı qoyulan şərtlər də insanlar arasında narazılıq yaradıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Qısa müddətdə cənab Prezidentin rəhbəriliyi ilə Azərbaycan dövləti çox böyük işlər gördü. Bir həftənin içərisində Sumqayıtda kimya parkında maska istehsal edən zavodun açılışı oldu. Dünyada belə bir nümunə yoxdur ki, bu qədər qısa müddət ərzində bir zavod tikilsin və istehsala başlasın. Nazirlər Kabineti Operativ Qərargah yanında dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının yaradılmasının səbəbi ondan ibarət idi ki, baş verən iqtisadi təlatümlərin Azərbaycan iqtisadiyyatına az təsir etsin. Görürük ki, işçi qrupları tərəfindən analiz olunub, 2.5 milyard manat vəsait ayrılıb və qarşıdakı dövrdə bu vəsait müvafiq olaraq, zərərçəkən srtuktur və şəxslərə çatdırılacaq. Təbii ki, problemlər var və olacaq, ancaq əsas odur ki, bu problemlərin həlli üçün zəruri addımlar atılır. 

Murad İbrahimov