"Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb.

Unikal.org xəbər verir ki, Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. "Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası da bu təşəbbüsə qoşularaq 50 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Qeyd edək ki, "Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının rəhbəri Azər Xəlilovdur.