Rusiyada koronavirus pandemiyası ilə əlaqədar həyəcanlı anlar yaşanıb. 

Unikal.org xəbər verir ki, ölkənin Tibb Birliyinin rəhbəri Anastasiya Vasilieva, koronavirus (Covid-19) xəstəliyi haqqında yalnış məlumat yaymaq və ictimaiyyəti təhrik etmək səbəbindən saxlanılıb.

Onun marketdən çıxarkən polisin sərt müdaxiləsindən sonra yerə yıxıldığı və özündən getdiyi bildirilib. Anastasiya Vasilievanın rəsmi olmayan bir avtomobillər polis şöbəsinə aparıldı. 

O, koronavirusla bağlı karantin qaydalarına əməl etmədiyi və polisə tabe olmadığı üçün məhkəmə qarşısına çıxarılacaq. Qeyd edək ki, Rusiyada bütün məhkəmə işləri 13 aprel tarixinədək təxirə salınıb.