Türkiyənin Maltepe Universitetində tibbi araşdırmalar edən Professor Afif Sıddıki və komandası koronavirusun yayılmasına qarşı mübarizədə vacib kəşfə imza atıblar.

Unikal.org Türkiyə KİV-nə istinadən məlumatına görə, belə ki, alim koronavirusu ultrabənövşəyi şüalar vasitəsilə 15 saniyə ərzində öldürən üç ayrı cihaz hazırlayıb. İlk sınaqları müvəffəqiyyətlə nəticələnən hər üç caihaza - "Əl Cihazı", "Dezenfeksiya qapısı" və "Dezenfeksiya otağı" adı verilib.

"Əl Cihazı" vasitəsilə koronavirus 75 saniyə, Dezenfeksiya qapısı" və "Dezenfeksiya otağı" cihazı ilə koronavirusu 15 saniyədən bir az çox müddətə məhv etmək gücünə sahibdir.