Fələstində koronavirusa görə fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb.

Unikal.org Fələstin KİV-ə istinadən xəbər verir ki,  bu barədə Fələstin dövlətinin prezidenti Mahmud Abbas sərəncam imzalayıb.

Belə ki, Fələstində mart ayının 30-a kimi fövqəladə vəziyyət rejim bir ay daha uzadılıb.  

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 160, virusdan həyatını itirənlərin sayı isə 12-yə çatıb.