Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.  

Aprelin 4-də Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Gecə və səhər saatlarında  duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.