Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

UNEC-dən Unikal.org-a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə gətirlib.

Qeyd edək ki, M.Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.