Belçikada koronavirus yoluxmaqda və can almaqda davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Belçikada 90 yaşlı Suzanne Hoylaerts adlı qadın koronavirus üçün müalicə aldığı xəstəxanada həyatını itirib. 

Belə ki, koronavirusdan həyatını itirən qadının son cümlələri hər kəsi duyğulandırıb. 

90 yaşlı qadının  həkimlərə, “Süni bir respirator istifadə etmək istəmirəm. Gənc xəstələr üçün saxlayın. Mən çox yaxşı bir həyat keçirdim” deyərək nəfəsalma cihazından imtina edib.