“Kurtlar vadisi” serialında “Ordinarus” obrazı ilə tanınan aktyor Turhan Kaya dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun virusa yoluxduğu müəyyənləşib. Dərhal karantinə alınan aktyor bu gün xəstəxanada vəfat edib.