"Brooklyn Nets"in basketbolçusu Kevin Durant da koroanvirusa yoluxan məşhurlar arasındadır.

Unikal.org xəbər verir ki, dünyaca məşhur müğənni Rihanna onunla koronavirusa yoluxduğuna görə zarafat edib. Belə ki, "Instagram"da Rihannanın açdığı canlı yayıma Kevin Durant da qoşulub.

Məşhur müğənni "Kevinin burada olmasıan izin varmı? Maska taxmağıma ehtiyac var?" deyərək onunla zarafat edib. Daha sonra isə idmançıya "Keçmiş olsun" deyərək tezliklə sağalmasını arzu edib.

Kevin Durant isə cavab olaraq Rihannadan harada olduğunu soruşduqda müğənni son iki aydır ABŞ-da olduğunu bildirib.