“Doğduğun ev kaderindir” serialında rol alan aktrisa Demet Özdemir ilə sevgilisi, iş adamı Yaman Taciroğlu ayrılıb.

Unikal.org xəbər verir ki, fevral ayından münasibətə başlayan cütlüyün sıx qrafik səbəbindən gec-gec görüşdükləri üçün aralarında soyuqluq yarandığı deyilir.

Türkiyədə koronavirusa görə karantin rejiminin başlanmasından sonra isə cütlük ayrılıq qərarı alıb.