Məşhur aktrisa Pərvin Abıyevanın uzaq qohumu koronavirusdan dünyasını dəyişib.

Unikal.org  big.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə "İnstagram"da canlı yayımda danışıb:

"Mənim uzaq qohumum da bu xəstəlikdən dünyasını dəyişib. İnanmayanlara demək istəyirəm ki, həqiqətən də, bu virus var. Ona görə evdə oturun, sağlam qalın. Mən də məcbur olmadıqca evdən çıxmıram".