Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 23 nəfər ölüb, 815 yeni yoluxma qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib.
O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 217, ölənlərin sayı isə 131 nəfərdir.
Onun sözlərinə görə, bu gün 9 982 nəfər testdən keçirilib.
Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 105 nəfərdir.