Suriya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində əyalətlər arasında hərəkətin qadağan edilməsinə dair qərar verib.

Unikal.org SANA agentliyinə istinadən xəbər verir ki, Suriya Nazirlər Kabinetinin bununla bağlı qərarı aprelin 16-dək qüvvədə olacaq.

Rəsmi məlumata görə, bu günə qədər ölkədə koronavirusa 5 yoluxma qeydə alınıb. Martın 25-dən etibarən ölkədə komendant saatı tətbiq olunur. Vətəndaşların kütləvi toplaşdığı bütün məkanlar, həmçinin hava limanları, dəniz limanları və quru sərhədlər bağlanıb.