Dünyaca məşhur aktyor Arnold Alois Şvartsenegger  xəstəxanalara tibbi avadanlıqlar verən Frontline Responders Assosiasiyasına 1 milyon dollar bağışlayıb. 

Unikal.org xəbər verir ki, dərnəyin başladığı kampaniyaya qoşulan və xəstəxanalar, maskalar və xalat təchizatı üçün 5 milyon dollar toplamağı hədəfləyən Şvartsenegger “Hər zaman işlərimizi daha yaxşı hala gətirmək üçün əlimizdən gələni etməyimiz lazım olduğuna inanırdım. Bu, əsl fəaliyyət qəhrəmanlarımızı xəstəxanalarımızın ön cəbhəsində qorumağın sadə bir yoludur və mən də onun bir hissəsi olmaqdan qürur duyuram” deyə bildirib. 

Hər kəsi kampaniyaya qoşulmağa çağıran dünya şöhrətli aktyor “İndi bu virusla mübarizə apararkən onları təhlükəsiz saxlamaq üçün milyonlarla dəyəri olan bir neçə yüz min maska satın almaq üçün əlinizdən gələni edək. Xahiş edirəm qəhrəmanlarımızı dəstəkləmək üçün mənə qoşulun” deyərək sosial şəbəkə vasitəsilə insanlara səslənib.