Çində meydana gələn və bütün dünyaya yayılan koronavirus Türkiyədə 108 nəfərin həyatına son qoyub.

Unikal.org xəbər verir ki,  yeni bir növ koronavirus xəstəliyinə qarşı mübarizə çərçivəsində İstanbul valisi Əli Yerlikayadan diqqətəlayiq bir mesaj gəlib.  

Belə ki, Yerlikaya İstanbul vətəndaşlarından 48 saat evlərini tərk etməmələrini istəyib. 

“Meydanlarımızı quşlara və çimərlikdən qağayılara qədər tərk etdik. Bu gözəllikləri yaşamaq və sevdiklərimizlə bölüşmək üçün evinizdə, ailənizdə, sevdiklərinizdə, İstanbulda və ölkəmizdə 48 saat qalın” deyə şəxsi sosial şəbəkə hesabı  “Twitter”dən paylaşıım edərək xalqa müraciət edib.